Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin nəşrə başlamasından 35 il ötür


AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin fəaliyyətə başlamasından 35 il ötür.

Qəzet 1984-cü ildə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin və Partiya Komitəsinin, Birləşmiş Həmkarlar Komitəsinin və Komsomol Komitəsinin orqanı kimi keçmiş “Kommunist” nəşriyyatının mətbəəsində dərc edilib. Beləliklə, müttəfiq respublika akademiyaları arasında “Elm” qəzeti ilk dəfə Azərbaycanda işıq üzü görüb və qısa müddətdə populyarlığını bütün SSRİ-yə yayıb.

Vəsaitin ilk nömrələrində “Kəşflər və ixtiralar”, “Elm və istehsalat”, “Azərbaycan alimi xaricdə”, “Elm və texnika yenilikləri”, “Yeni əsərlər” kimi rubrikalar oxucular tərəfindən maraqla qarşılanıb. Nəşrə başladığı ilk gündən qəzetin materialları Azərbaycan və rus dillərində təqdim olunub və bu ənənə hazırda davam etdirilir.

“Elm” qəzeti bu gün də Azərbaycan elmində baş verən yenilikləri ictimaiyyətə çatdırmaq, alimlərimizi dünyada tanıtmaq istiqamətində fəaliyyət göstərir, öz səhifələrində görkəmli elm xadimləri ilə müsahibələrə, AMEA-da həyata keçirilən müxtəlif tədbirlərə, o cümlədən elmi tədqiqatlarla bağlı məqalələrə geniş yer verir.

Müasir informasiya-kommunikasiya texnologiyaları dövründə oxucu potensialını qoruyub saxlamağı bacaran bu mətbu orqan 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.

© Mənbə: www.science.az

Faydalı linklər