Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub


Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin müəllifi olduğu məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılan, 1.792 yüksək impakt faktorlu “Analysis and Mathematical Physics” jurnalında çap olunub.

Sərhəd şərtləri spektral parametrdən asılı olan Şrödinger operatorları üçün Riss bazisliyi meyarı” adlı məqalədə hər iki sərhəd şərtində spektral parametrdən asılılığı olan birölçülü Şrödinger operatorunun məxsusi funksiyalarından ibarət sistemin L2(0,π) fəzasında Riss bazisi olması üçün meyar isbat olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.