Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dünya şöhrətli riyaziyyatçı alim professor Oktay Vəliyevin dünyanın ən nüfuzlu nəşriyyatlarından biri olan Springer nəşriyyatında “Çoxçölçülü Periodik Şredinger Operatoru Həyacanlanma Nəzəriyyəsi və Tətbiqləri” adlı monoqrafiyası işıq üzü görmüşdür


Bu günlərdə həmyerlimiz, hazırda Türkiyədə çalışan dünya şöhrətli riyaziyyatçı alim professor Oktay Vəliyevin dünyanın ən nüfuzlu nəşriyyatlarından biri olan Springer nəşriyyatında “Çoxçölçülü Periodik Şredinger Operatoru Həyacanlanma Nəzəriyyəsi və Tətbiqləri” adlı monoqrafiyası ikinci dəfə işıq üzü görmüşdür. Həmyerlimizi bu böyük müvəffəqiyyəti münasibəti ilə ürəkdən təbrik edir, ona daha yüksək yaradıcıllıq uğurları arzu edirik. Kitab haqqında qısa məlumatı oxucuların diqqətinə çatdırırıq.

Kitab həyəcanlanma nəzəriyyəsində, spektral invariantların konstruktiv təyinində və verilmiş Bloch məxsusi ədədlərinə  nəzərən periodik potensialın tapılmasında xüsusi əhəmiyyətə malik olan periodik potansiallı çoxölçülü Şredinger operatoru üçün düz və tərs məsələlərə həsr olunmuşdur. Kitabda yüksək kvant fizikasında izoenergetik səthlərin qurulması və qiymətləndirilməsi zamanı prinsipal əhəmiyyətə malik ixtiyari ölçülü fəzada Bloch məxsus ədədləri və Bloch məxsusi funksiyaları üçün asimptotik düsturların çıxarılışı verilmişdir. Bundan başqa kitabda ixtiyari ölçülü fəzada və ixtiyari şəbəkələr üçün Bethe-Sommerfield fərziyyəsinin doğruluğunu isbat etmək üçün vahid metod təklif edilmişdir. Qurulmuş həyacanlanma nəzəriyyəsindən istifadə edərək, verilmiş Bloch məxsusi ədədlərinə nəzərən çoxölçülü operatorun spektral invariantları təyin edilmişdir. Bu invariantlardan bəziləri potansialın Furye əmsalları ilə ifadə olunur. Bu isə Bloch məxsusi ədədlərindan verilənlər kimi istifadə etməklə potensialı konstruktiv şəkildə qurmağa imkan verir. Nəhayət, kitabda potensialın birqiymətli təyin edilməsi  üçün alqoritm verilmişddir. Kitabın yenilənmiş ikinci nəşrində yüksək ölçülü halların baxıldığı sonrakı fəsillər üçün model rolu oynayan aşağı ölçülü məsələlərin baxıldığı xüsusi fəsil də daxil edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər