Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Variasiya hesabının hamar olmayan məsələlərində ekstremum üçün zəruri şərtlər” mövzusunda seminar keçirilib


Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiya hesabının hamar olmayan məsələlərində ekstremum üçün zəruri şərtlər” mövzusunda məruzə edib.

İşdə hamar olmayan vektor şəkilli variasiya məsələlərində güclü və zəif ekstremumları tədqiq etmək üçün iki üsul təqdim olunur: birinci üsul Veyerştras tipli yeni variasiyanın verilməsinə əsaslanır; ikinci üsul isə Lejandr çoxhədlilərindən istifadə etməklə yeni variasiyanın qurulmasına əsaslanır.

Nəticədə güclü və zəif ekstremumlar üçün zəruri şərtlər alınıbdır. Hansı ki, bu şərtlərdən Veyerştras və Lejandr şərtlərinin alınması göstərilmişdir. Lejandr şərti cırlaşdıqda zəif ekstremum üçün bərabərlik və bərabərsizlik tipli zəruri şərtlər alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər