29/01/2020
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d., Rəşid Əvəzağa oğlu Əliyev “Hilbert çevirməsinin approksimasiyaları” mövzusunda məruzə etdi.
Məruzədə Hilbert çevirməsi və onun diskret analoqunun xassələrindən bəhs olunacaq və həqiqi oxda p dərəcədən inteqrallanan funksiyalar fəzasında Hilbert çevirməsinin approksimasiyaları verildi. Göstəriləcək ki, approksimasiya edən operatorlar Hilbert çevirməsinin əsas xassələrini saxlayır ki, bu da yığılma nöqteyi-nəzərindən daha yaxşı nəticələr almağa imkan verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.