30/01/2020
AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi davam edir.
Müsabiqə 6 mart 2020-ci il tarixinədək qüvvədədir. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.
Ətraflı məlumat və ərizə formalarını bei.science.gov.az veb səhifəsindən əldə etmək olar.
Azərbaycan tərəfi layihə təkliflərini AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir.
Tel.: (+994 12) 492 34 46
E-mail: [email protected]
Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30
© Mənbə: www.science.az