Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Avropa Komissiyasının COST proqramına dair məlumatlandırma seminarı keçiriləcək


Fevralın 6-da saat 10:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) proqramının fəaliyyəti üzrə məlumatlandırma seminarı keçiriləcək.

Seminarda COST proqramında iştirak imkanları, layihələrə qoşulma, müraciətlərin hazırlanmasına dair COST Assosiasiyasının nümayəndəsi Judith Litjens tərəfindən ətraflı məlumat veriləcək.

Tədbir ingilis dilində keçiriləcək. Seminarda iştirak etmək istəyənlər buradan qeydiyyatdan keçməlidir.

Ünvan: Bakı şəh., H.Cavid pr. 129, IV mərtəbə

© Mənbə: www.science.az

Faydalı linklər