03/02/2020
AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb.
Çoxsaylı nəşrlər sırasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən qəzetin ilk səhifəsində AMEA Rəyasət Heyətində Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, eləcə də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla keçirilən görüşlər yer alıb.
Mətbu orqanın növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Yüksək Texnologiyalar Parkına ziyarəti, “Möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyəti görkəmli siyasi xadim, akademik Ramiz Mehdiyevin təqdimatında” adlı məqalə, Kimya, Humanitar, Biologiya və Tibb Elmləri, Gəncə bölmələrinin, eləcə də Şəki və Lənkəran Regional Elmi mərkəzlərinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları, eləcə də yeni təyinatlar barədə məlumatlar verilib. Həmçinin YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının iclası və “Elmi Kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı haqqında material əks olunub.
Bundan əlavə, elmi ictimaiyyətin nümayəndələrinin Şəhidlər xiyabanına ziyarəti, Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının AMEA-da keçirdiyi tibbi aksiya, Xəzər dənizinin səviyyəsinin dəyişilməsinə dair aparılan tədqiqatlar, akademiyanın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası, Lənkəran Regional Elmi Mərkəzində AMEA-nın Ümumi yığıncağından irəli gələn məsələlərlə bağlı tədbir, Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının iclası qəzetin altıncı səhifəsində oxucuya təqdim edilir.
Qəzetin yeddi-səkkizinci səhifələrində akademiklər Ramiz Məmmədov və Fuad Əliyevin 70, professor Kamandar Şərifovun isə 80 illik yubileylərinə həsr olunan materiallar, həmçinin Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə müsahibə və elmi yeniliklərə dair xəbərlər yer alıb.
16 səhifəlik qəzetdə rus dilində məqalələr də əksini tapıb.
Qeyd edək ki, 1984-cü ildən nəşr olunmağa başlayan “Elm” qəzetinin baş redaktoru İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.
© Mənbə: www.science.az