05/02/2020
05 fevral 2020-ci il saat 11.00-da AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNUN Akt zalında RMI-nin Həmkarlar Komitəsinin Sədri dos.İ.Mirzəzadənin təşkilatçiliği ilə koronavirus ilə bağlı “ÖZÜNÜ VƏ BAŞQALARINI XƏSTƏLİKDƏN QORU!” adlı tədbir keçirilib.Tədbir yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gucləndirilməsi məqsədi ilə təşkil olunub. Tədbirdə AMEA Həmkarlar İttifaqının sədri professor H.Qurbanov da iştirak edirdi. Tədbirdə iştirak edən Yasamal rayon SES-nin həkimi Səbirə Məmmədova qeyd etdi ki, 31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.
Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.2020-ci ilin yanvar ayında xəstəliyin Çində alovlanması və hazırda xəstəlik hadisələrinin artıq Tailand,Cənui Koreya,Yaponiya və digər bir sıra ölkələrdə də baş verməsi davam etməkdədir.Bununla əlaqədar olaraq Səhiyyə naziri Oqtay Şirəliyev”Yeni 2019-nCoV koronavirus xəstəliynə qarşı profilaktik təlbirlərin güclədirməsi barədə”Əmr imzalayıb.
Özünüzü və başqalarını xəstəlikdən qoruyun
Başqalarını xəstələnmədən qoruyun
Özünüzü xəstələnməkdən qoruyun!
Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev, ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin
Qida təhlükəsizliyini tətbiq edin!
Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin
Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun
Xəstə və ölü heyvanlar yeyilməməlidir
Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı-tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər
Sağlam qalın!
Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun.
Gözlərə, burun və ya ağzınıza toxunmayın
Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin
Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin
Heyvan bazarlarında iş:
Heyvanlara və heyvan məhsullarına toxunduqdan dərhal sonra tez-tez əllərinizi sabun və su ilə yuyun
Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin
Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin
İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın
Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin
Koronavirus infeksiyası riskini azaldın:
Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun
Öskürərkən, asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın
Ət məhsullarını və yumurtanı tam bişirin
Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin
Tədbirin sonunda AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov gələn həkimə institutun əməkdaşları adından öz minətdarlığını bildirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.