Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib


AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin apardığı genişmiqyaslı struktur islahatları çərçivəsində AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib.

Bu məqsədlə akademik Ramiz Mehdiyev Rəyasət Heyəti aparatının yeni təsdiq edilmiş struktur rəhbərlərini qəbul edib.

AMEA-nın prezidenti ölkə rəhbərliyi tərəfindən elm sahəsində aparılan islahatları yüksək dəyərləndirərək, bu istiqamətdə Akademiya qarşısında qoyulan vəzifələrdən danışıb. Alim son aylarda Rəyasət Heyətində aparılan struktur islahatlarının nəticələrini diqqətə çatdıraraq qeyd edib ki, Akademiya alimləri ölkədə aparılan yeni quruculuq işlərinə səmərəli fəaliyyəti və elmi tədqiqatları ilə öz əməli töhfələrini verməlidirlər.

Akademik Ramiz Mehdiyevin sözlərinə görə, AMEA-da aparılan elmi tədqiqatlar müasir tələblərə cavab verməli, xüsusilə innovativ layihələrin icrasına diqqət yetirilməlidir. Akademiyada həyata keçirilən struktur islahatlarının bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdıran alim Rəyasət Heyəti aparatının idarə və şöbələri qarşısında duran mühüm vəzifələrdən bəhs edib. Yeni struktur rəhbərlərini təbrik edən AMEA prezidenti yeni mərhələdə aparat əməkdaşlarına uğurlar arzulayıb, onlara müvafiq tapşırıqlar verib.

AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov çıxış edərək idarə və şöbələrin yeni mərhələnin çağırışlarına uyğun fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib. Struktur vahidlərinin işinin daha da təkmilləşdirilməsi və verilən tapşırıqların vaxtı-vaxtında icrası ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırıb.

Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov yeni təsdiq edilmiş idarə və şöbə rəhbərləri adından çıxış edərək yüksək etimada görə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə dərin minnətdarlığını bildirib. Akademiya əməkdaşlarının, alim və mütəxəssislərin növbəti inkişaf mərhələsində daha səylə fəaliyyət göstərəcəklərini, verilən tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirəcəklərini diqqətə çatdırıb.

© Mənbə: www.science.az

Faydalı linklər