19/02/2020
Bu gün Tətbiqi Riyaziyyat şöbəsinin müdiri, professor Qabil Əliyevin 85 yaşı tamam olur.
Əliyev Qabil Qəribxan oğlu 1935-ci il fevralın 18-də Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universisetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1963-1966-cı illərdə AMEA Riyaziyyat və mexanika institutunun aspirantı olmuşdur, 1966-cı ildə akademik A.A.İlyuşinin rəhbərliyi altında “Устойчивость нелинейно упругих армированных цилиндрических оболочек при натяжении связей” mövzusunda AMEA Riyaziyyat və Mexanika Elmi şurasında elmlər namizədi elmi dərəcəsini almaq üçün dissertasiyanı müdafiə etmişdir.1967-1979-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktorantı olmuş və 1980-ci ildə “Теоретические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение” mövzusunda, akademik A.A.İlyuşinin rəhbərliyi altında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi şurasında doktorluq dissertasiyanı müdafiə etmişdir.
1966-2019-cu illərdə elmi fəaliyyətlə məşğul olan prof. Əliyev G.G. 150-dən çox elmi məqalə, o cümlədən 12 monoqrafiya (7 xaricdə: Amerika, Almaniya və Türkiyə); Xaricdə 18 məqalə (2 – Amerika, 3 – Rusiya, 1 – Hindistan, 1 – Polşa, 12 – Türkiyə); 8 aparıcı ölkədə (Amerika, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, İtaliya, İsveç, Hindistan) 17 beynəlxalq patent və SSRİ-nin 28-dən çox müəlliflik sənədi.
2010–cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanı, 1984-cü ildə SSRİ ixtiraçısı Fəxri döş nişanı, 2002-ci ildəTürkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezerin təşəkkürü, 2013-cü ildə Avropa nəşr Mətbu Evi tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı Alim” qızıl medalı ilə təltif olunub, 2016-cı ildə Rusiya Federasiya Təbiət Elmlərinin Birlikləri Akademiyasının müxbir üzvü seçilmişdir, 2016-cı ildə Rusiya Federasiya Təbiət Elmlərinin Birlikləri Akademiyasının Böyük Pyotr ordeni ilə təltif olunub, 2017-ci ildə Azərbaycan kütləbi informasiya Həmkarlar İttifaqı tərəfindən “İlin Alimi” medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədr müavini, AMEA-nın RMİ-nin nəzdindəki doktorluq dissertasiya şurasının üzvüdür.
1961-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyir.1985-ci ildən professordur. Hal hazırda Tətbiqi Riyaziyyat şöbəsinin müdiridir.
Professor Qabil Əliyevi 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzu edirik!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.