20/02/2020
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 10 dekabr 2019-cu il tarixli sərəncamına əsasən ötən il üçün doktorantura və dissertanturaya qəbul elan edilib.
Fəlsəfə fənnindən qəbul imtahanı bu gün AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada baş tutub.
Elm və təhsil idarəsinin rəisi, i.e.ü.f.d. Fail Kazımov imtahan prosesi haqqında məlumat verib. O, AMEA rəhbərinin 31 yanvar 2020-ci il tarixli sərəncamı ilə Akademiyada fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanının keçirilməsini təşkil etmək məqsədilə yaradılmış komissiyanı iddiaçılara təqdim edib.
Qeyd edək ki, iki gün davam edəcək imtahanlarda 129 namizəd iştirak edir.
© Mənbə: www.science.az