Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatoru və onun yüksək tərtibli kommutatoru” mövzusunda seminar keçirilib


21.02.2020-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatoru və onun yüksək tərtibli kommutatoru” mövzusunda məruzəsi olub.

Məruzədə Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatoru və onun yüksək tərtibli kommutatorunun məhdudluğu müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər