Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin ”Qeyri-xətti (yarımxətti) II-ci tərtib elliptik tənliklərin güclü həlləri haqqında” mövzusunda birgə seminarı keçirilib


04.03.2020-ci il tarixində “Diferensial tənliklər”Riyazi fizika tənlikləri” şöbələrinin birgə seminarı keçirilmişdir.

Seminarda  r.e.d. Rabil Amanulla oğlu Amanov ”Qeyri-xətti (yarımxətti) II-ci tərtib elliptik tənliklərin güclü həlləri haqqında” mövzusunda məruzə etmişdir. Məruzə zamanı qeyri-xətti hissənin qradiyentə görə müəyyən artım şərti daxilində və fəza dəyişəninə görə müəyyən Lebeq sinfindən olan   Sobolev fəzasında qeyri-xətti  II-ci tərtib elliptik tənliyinin güclü həllinin varlığı öyrənilmişdir. Bu şərtlərin dəqiqliyini göstərən misallar verilmiş və alınan nəticələr Bernşteynin məlum nəticələrinin ümumiləşməsi kimi təqdim edilmişdir. Baxılan isbat üsulu S.İ. Poxojayeva məxsusdur. Məqalənin araşdırılmasında məqsəd həmin nəticələri parabolik tip tənliklərə tətbiq etmək və daha aşağı dərəcədən cəmlənmə şərti daxilində güclü həllolunma məsələsini öyrənməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər