28/04/2020
İclasda institutda təhsil alan magistrlərin tədrisinin gedişi barədə elmi işlər üzrə direktor müavini professor Ədalət Axundov məlumat vermişdir. O qeyd etmişdir ki, magistrlərə əvvəlcədən təsdiq olunmuş dərs cədvəlinə əsasən onlayn formada dərslər keçirilir və bu iş karantin müddətində davam etdiriləcəkdir.
İkinci kurs magistrlərin dissertasiya işlərinin vəziyyəti barədə Ədalət Axundov məlumat verərək bildirmişdir ki, bu il üç magistr təhsilini başa vurmalıdır. Onların hər üçünün elmi rəhbərləri ilə mütəmadi olaraq əlaqə saxlanılır və dissertasiya işləri vaxtında təqdim olunacaqdır.
Elmi Şuranın iclasında institutda fəaliyyət göstərən dissertasiya müdafiəsi şurasının işindən də söhbət getmişdir. Şuranın katibi dosent Tamilla Həsənova məlumat vermişdir ki, hazırda şurada üç iş müdafiəyə hazır vəziyyətdədir. Onların müdafiə vaxtının təyin olunması məsələsi yəqin ki, karantin rejimindən sonra müəyyənləşəcəkdir.
İclasın sonunda Misir Mərdanov şura üzvlərinə təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, şuranın növbəti iclasında institutda çap olunan elmi jurnalların vəziyyəti və birinci rübdə elmi tədqiqat işlərinin yekunları müzakirə olunacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.