Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Tokio Universitetində koronavirusa qarşı dərmanın klinik sınaqlarına başlanılıb


Tokio Universitetinin tədqiqatçılar qrupu koronavirusa yoluxanların müalicəsi məqsədilə dərmanın kliniki sınaqlarına başlayıb.

nhk.or.jp saytının məlumatına görə, koronavirusa yoluxanların bir qismində qanın laxtalanması onların vəziyyətinin ağırlaşmasına səbəb olub. Buna görə də, sınaqlar zamanı əsasən, qanın laxtalanmasına səbəb olan kəskin pankreatit və digər xəstəliklərin müalicəsində tətbiq olunan nafamostat mezilatdan istifadə edilir. Bu dərman “Futhan” markası ilə satılır.

Hazırda kliniki sınaqların Tokio Universiteti xəstəxanasında və digər beş səhiyyə müəssisəsində koronavirus sətəlcəminə yoluxmuş 160 xəstə üzərində aparıldığı bildirilir.

Həmin xəstələr şərti olaraq iki qrupa bölünüb. Bu qruplardan birində olanlar qrip əleyhinə “Avigan” dərmanı ilə yanaşı, “Futhan” da qəbul edirlər. Digər qrupda olanlara isə yalnız ”Avigan” verilir.

Tədqiqatçılar “Futhan” dərmanının koronavirus yoluxması zamanı səmərəli və təhlükəsiz olduğunu dəqiqləşdirməyə çalışırlar. İlkin nəticələrə görə, onun koronavirusa qarşı səmərəli olduğu bildirilir.

© Mənbə: www.science.az

Faydalı linklər