Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək


23 iyun 2020-ci il saat 11:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda II kurs magistrantların “Riyaziyyat”-(060501) və Mexanika”-(060502) ixtisaslarından 3 magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın Zoom proqramı ilə onlayn rejimdə iclası keçiriləcək.

İclasda  AMEA-nın müxbir üzvü, professor Bilal Bilalovun rəhbərliyi ilə ”Riyazi analiz” ixtisaslaşması üzrə magistrant Ayğül Namiq qızı Rzayevanın “Veyvletlərin tibb siqnalların emalına tətbiqi” ;  AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahovun rəhbərliyi ilə “Maye qaz və plazma mexanikası” ixtisaslaşması üzrə magistrant İbrahim Camal oğlu Məmmədovun “Dispers sistemlərin axınlarında köçmə məsələlərinin riyazi modelləşdirilməsi və sənayedə tətbiqi əsaslarının işlənməsi”;  r.e.d., professor Ədalət Axundovun rəhbərliyi ilə “Riyazi fizika” ixtisaslaşması üzrə magistrant Aynur Fədai qızı Cəbrayılovanın “Naməlum mənbəli aktiv mühitdə diffuziya prosesinin modelləşdirilməsi” mövzusunda magistrlik dissertasiya işlərinin müdafiəsi keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər