Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA magistrantlarının dissertasiya işlərinin müdafiəsi yekunlaşıb


AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə yaradılmış İxtisaslaşdırılmış müdafiə şuralarında magistrlik dissertasiyalarının müdafiələri onlayn şəkildə uğurla həyata keçirilib. Müvafiq ixtisaslar üzrə yaradılmış 18 İxtisaslaşdırılmış şurada 49 ixtisas üzrə 67 magistrant dissertasiya işini müdafiə edib.

Müdafiələrdə AMEA-nın 150-yə yaxın alimi iştirak edib, magistrantların tədqiqat mövzularının təqdimatı çoxmeyarlı (aktuallıq, elmi yenilik, elmi hazırlıq, təqdimat bacarıqları, ədəbiyyatlardan istifadə, rəylər, nəşr aktivliyi və s.) yanaşmadan istifadə edilərək 100 ballıq sistemlə qiymətləndirilib və onlar magistr elmi dərəcəsinə layiq görülüblər.

2019/2020-ci tədris ilində məzun olan magistrlər tərəfindən dissertasiya mövzularına dair yerli və xarici mənbələrdə 150-yə yaxın elmi məqalə və tezis nəşr olunub.

İxtisaslaşdırılmış müdafiə şuralarının işinin təşkilinə nəzarət və metodiki dəstək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi tərəfindən həyata keçirilib.

Magistrlik dissertasiyalarının müdafiələrində AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iştirak edərək magistrantlara öz irad və təkliflərini bildirib. Çıxışlarında elmi fəaliyyətin davam etdirilməsinin zəruriliyini vurğulayan Ə.Sadıqov Azərbaycan elminin varisliyinin qorunmasında və inkişafında gənclərin iştirakının vacibliyini qeyd edib. O, bu istiqamətdə gənclərə dövlət himayəsinin göstərilməsinin əhəmiyyətindən danışıb.

© Mənbə: www.science.az

Faydalı linklər