16/07/2020
Yeni növ koronavirusun müalicəsində istifadə ediləcək dərman preparatı Rusiyada satışa çıxarılıb.
“TASS” İnformasiya Agentliyinin məlumatında bildirilir ki, “Koronavir” adlı dərman SARS-CoV-2-nin fəsadları ilə deyil, birbaşa yeni növ koronavirus infeksiyasına qarşı mübarizə aparacaq ilk preparatdır.
Dərman Yaroslav şəhərindəki fabrikdə istehsal ediləcək və etiketlənəcək. Məlumatda, bu günə qədər 7 min 373 dərmanın mülki dövriyyəyə buraxıldığı bildirilib.
Kliniki testlər zamanı “Koronavir” dərmanının virusun yayılmasını blokladığı sübut olunub.
İstehsalçı qeyd edib ki, bu dərman “Data Matrix” rəqəmsal kodu ilə işarələnir və onun etiketlənməsi dərmanın pasportu hesab olunur. Bu, onun orijinallığına zəmanət verəcək və dərmanı izləməyə imkan yaradacaq: “Orijinallıq “Chestny Znak” mobil tətbiqi vasitəsilə yoxlanıla bilər”, – deyə mətbuat xidmətindən bildirilib.