Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın magistraturasında 2020/2021-ci tədris ilinə başlanılıb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasında 2020/2021-ci tədris ili sentyabr ayının 15-dən II kurs tələbələrin fərdi tədris planlarında nəzərdə tutulmuş fənlərin tədrisi ilə başlayıb. Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə dərslər distant formada təşkil edilir. I kurs magistrantların tədris prosesi isə oktyabr ayının 1-dən etibarən ənənəvi formada başlayacaq.

AMEA-nın magistraturasının I kursunda 13 ixtisas, 40 ixtisaslaşma üzrə 56 magistrant, II kursunda isə 22 ixtisas, 75 ixtisaslaşma üzrə 121 magistrant təhsil alır. Beləliklə, hazırda AMEA-nın magistraturasında 23 ixtisas, 81 ixtisaslaşma üzrə 177 magistrant təhsil alır.

AMEA rəhbərliyi tərəfindən magistratura pilləsində təhsilin  müvafiq norma və qaydalara uyğun həyata keçirilməsi üçün bütün zəruri təşkilati tədbirlər görülüb.

© Mənbə: www.science.az