Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasına qarşı keçirdiyi hərbi təxribatına qarşı əks-hücum əməliyyatları keçirən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb


Ölkəmiz üçün çətin və eyni zamanda şanlı bir dövrdə istər Azərbaycan əsgəri və zabitlərinin göstərdikləri fədakarlıq, istərsə də Azərbaycan xalqının nümayiş etdirdiyi möhkəm birlik, həmrəylik və Vətənə sevgi hər bir vətəndaşımızın milli qürur və fəxarət hissi yaşamasını şərtləndirib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəm olmasına və hərtərəfli təmin edilməsinə baxmayaraq, ərazi bütövlüyünün müdafiəsi, işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda böyük əzm və şücaətlə döyüşən rəşadətli Ordumuza dəstək məqsədilə AMEA-nın Riyaziyyat və Mexanika insititutu 6400 manat, İnstitutun Həmkarlar İttifaqı tərəfindən 2000 manat, ümumilikdə Yardım Fonduna 8400 manat vəsait köçürülmüşdür.

Ali Baş komandanın qeyd etdiyi kimi Azərbaycan Ordusunun öz missiyasını uğurla icra edəcəyini və etdiyini, tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağını vurğulayaraq AMEA əməkdaşları adından Vətən uğrunda şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Qələbə bizimlədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər