Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun alimləri dünyanın müxtəlif ölkələrində çalışan riyaziyyatçı alimlərlə daim əlaqə saxlayır. Onlar son günlərdə Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ cəbhəsində baş verən hadisələrlə bağlı obyektiv hazırlanmış məlumatı 60-dan çox müxtəlif millətlərdən olan alimlərə çatdırmışlar


Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsi haqqında qarşı tərəfdən mediyada aramsız olaraq dezinformasiya xarakterli məlumatlar yayılır. Bunu nəzərə alaraq, Sizə ancaq bəzi faktlara söykənən doğru məlumatları çatdırmaq istəyirik.

Məlumdur ki, 1988-ci ildən başlayaraq Ermənistanda yaşayan 250 minə yaxın azərbaycanlı öz ata-baba yurdlarından qovulmuş, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində baş vermiş Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşı öz ölkəsində məcburi köçkün olmuşdur. Bu münaqişə nəticəsində on minlərlə günahsız insan qətlə yetirilmişdir.

Birləşmiş Millətlər Təşkilatının hələ 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı dörd qətnamədə Erməni Ordusunun Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayondan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi öz əksini tapmışdır. Lakin Ermənistan tərəfi 30 il ərizəndə bu qətnaməyə və beynəlxalq ictimaiyyətin iradəsinə məhəl qoymamış və öz işğalçılıq siyasətini davam etdirmişdir. Ermənistanın baş naziri N.Paşinyan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlıqlar prosesinin format və məzmunununu pozmağa cəhd göstərərək, aparılan danışıqlıqlara ciddi zərbə vurmuş və praktik olaraq münaqişənin həlli prosesini çıxılmaz vəziyyətə gətirmişdir. Ermənistanın son zamanlar Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi hərbi əməliyyatlar Azərbaycana öz mülki şəxslərinin təhlükəsizliyini təmin etmək üçün ərazisi daxilində və beynəlxalq humanitar hüquq çərçivəsində özünü müdafiə etmək məqsədilə qanunu əks hücum əməliyyatlarına məcbur olmuşdur.

Sizə məlumat vermək istəyirəm ki, bu ilin sentyabrın 27-dən başlamış və bu gün də davam edən Ermənistanın hərbi təxribatı nəticəsində təmas xətti boyunca yerləşən hərbi birləşmələrimizin mövqeyləri və yaşayış ərazilərimiz ağır artileriya atəşinə məruz qalmışdır. Nəticədə hərbi qulluqçularımız, içərilərində qadın və körpələrin olduğu 30 nəfərdən artıq mülki şəxsi qətlə yetirmiş, 200 nəfərdən çoxu yaralanmış, 900-dən artıq evə ziyan dəymiş və ya təmamilə dağıdılmışdır. Cənubi Qafqazda ən böyük su elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhəri raket atəşinə məruz qalmış, Gəncə, Naftalan şəhərləri, Ağcabədi, Beyləqan, Tərtər, Bərdə, Yevlax və həttə münaqişə bölgəsindən 300 km məsafədə yerləşən Xızı və Abşeron rayonlarına orta mənzilli raketlər atılmış, mülki infrastruktura daxil olan onlarla xəstəxana, məktəb və uşaq bağçaları dağıdılmışdır.

Azərbaycan tərəfi uğurlu əks hücum əməliyyatları keçirərək, işğal olmuş torpaqlarımızın bir hissəsini işğaldan azad etmişdir.

Son günlər cəbhə bölgəsində ciddi döyüşlər davam edir, şanlı Azərbaycan Ordusu öz ədalətli missiyasını uğurla həyata keçirərək xalqımızın qələbə tarixinə yeni səhifələr yazır.

Qarabağ Azərbaycandır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.