Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələri xalqımızın haqq mübarizəsində böyük əzmkarlıq nümayiş etdirirlər


Bütün dünya ictimaiyyətinə məlum olduğu kimi, sentyabrın 27-si səhər saat­la­rın­da Er­mənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cüm­lə­dən ağır ar­til­leriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi möv­qe­lə­ri­ni atəşə tutub. Düşmənə cavab olaraq, Azərbaycan Res­pub­li­ka­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə şanlı Azərbaycan Ordusu tərəfindən bü­tün təmas xətti boyu əks-hücum əməliyyatlarına başlanılıb.

Elə həmin gün xalqa müraciət edən ölkəmizin başçısı bəyan edib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı, şanlı Azərbaycan ordusu işğal edilmiş torpaqlarımızın azad olunması uğrunda haqq mübarizəsini əzmlə davam etdirəcəkdir. Azərbaycan xalqı torpaqlarının işğal edilməsi faktı ilə heç vaxt barışmayacaqdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elm­ləri Böl­­mə­sinin elmi-tədqiqat müəssisələri işğal altında olan torpaqlarımızın azad olunması uğ­­runda Mil­li Ordumuzun əks-hücum əməliy­yat­­ları­nın, həmçinin öl­kəmizin ədalətli mübarizəsinin regional və dünya səviyyəli aparıcı elm və me­dia qu­rumlarında obyektiv şəkildə işıqlandırılması, mənfur düşmənin əsl simasının dünya icti­maiy­­­yə­ti­nə tanıdılması isti­qa­mə­tində cənab Prezidentin apardığı ar­dıcıl və məqsədyönlü si­­ya­sə­ti­ tam dəstəkləyir, milli maraqların qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi üçün həm ön, həm də arxa cəbhədə əllərindən gələni əsirgəmirlər.

Vətənin azadlığı uğrunda döyüşlər başladığı gündən FRTEB-in elmi-tədqiqat müəs­si­sələrinin 8 nə­fər xüsusi hərbi bilik və bacarığa malik əməkdaşı kö­nül­­lü olaraq ön cəb­hə­yə yollanmış, hazırda ordumuzun qələbəsinə öz töhfələrini verməkdədirlər.

Bölmənin bir sıra əməkdaşları yara­la­nan hərbi qulluqçularımıza dəstək məq­sədi ilə Azərbaycan Respublikası Səhiyyə Na­zirliyinin təşkil etdiyi qanvermə aksiyalarında fəal iştirak edirlər.

FRTEB-in elmi-tədqiqat müəssisələrində çalışan alim və mütəxəssislər tərəfindən Azərbay­can Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ümumilikdə 67 000 manat vəsait köçürülüb. Hazırda yardım kampaniyası fasiləsiz olaraq davam etdirilməkdədir.

AMEA-nın vitse-prezidenti, FRTEB-in rəhbəri, akademik Rasim Əliquliyev bu günlərdə işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində Azərbaycan Ordusu­nun apardığı uğurlu əmə­liy­yat­larla bağlı keçirilən AMEA-nın İnformasiya Texnologiyaları İnstitu­tu­nun onlayn toplantısında vur­ğu­layıb ki, bu gün cəmiyyətin bütün təbəqələri, hər bir peşə sahibi öz im­kan­ları çərçivəsində ar­xa cəbhədə Qarabağ uğrunda mübarizə aparan ordumuza dəstək ver­mə­li­dir. Elə bu məqsədlə də rəşadətli ordumuzun Qarabağ uğrunda gedən döyüşlərdə ard-arda mühüm qələ­bə­lər qazan­dı­ğı günlərdə alimlərimiz arxa cəbhənin müsəlləh əsgəri kimi çiyinlərinə düşən və­zi­fələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Onlar xarici həmkarları, eləcə də müxtəlif ölkə­lə­rin elm və media qurumları ilə mütəmadi virtual görüşlər keçirərək məqsədyönlü informasiya siya­sətinin tərkib hissəsi kimi bu işə öz töhfələrini verməyə çalışırlar.

Belə ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun alimləri Ermənistanın Azərbay­ca­na qarşı yürütdüyü haqsız ərazi iddiaları, eləcə də son günlər ərzində döyüş bölgəsindən xeyli uzaq­da yaşayan dinc əhaliyə qarşı törətdiyi terror əməlləri ilə bağlı ətraflı məlumat vermək məqsədi ilə dünyanın müxtəlif ölkələrində çalışan 60-dan çox riyaziyyatçı alimə elektron müraciət ediblər.

Həmçinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının mütəxəssisləri bu günədək 200-dən çox bey­nəl­xalq təşkilata, 700-dən çox xarici elmi əməkdaşa rəsmi elektron məktub ünvanlayaraq, münaqişənin real as­pektləri haqqında dolğun və obyektiv məlumatı onların diqqətinə çatdırıblar.

Ümumiyyətlə, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəs­sisələrində çalışan alim və mütəxəssisləri müxtəlif elmi platformalarda, eləcə də yerli və xarici küt­ləvi informasiya vasitələrində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları, Gəncədə və öl­kə­nin digər şəhər və rayonlarında dinc əhaliyə qarşı törətdikləri terror aktları, həmçinin rəşadətli Azər­baycan ordusunun düşmənə verdiyi layiqli cavab, 30 ilə yaxın düşmən tapdağında olan ata-ba­ba torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında azad edilməsi barədə çıxışlar edir, mü­­sa­­hibələr verirlər.

İnformasiya Texnologiyaları İnstitutunda informasiya müharibəsinə dair komp­leks tədbirlərin həyata keçirilməsi məqsədi ilə Operativ Qərargah yaradılıb.

Son günlərdə düşmən tərəfindən korporativ elektron poçt xidməti istifadəçilərinə qarşı küt­lə­vi “fişinq” (“qarmağa salma”) hücumlarının həyata keçirilməsi ilə əlaqədar olaraq, AzScienceNet şəbəkəsinin ad­mi­nis­trasiyası istifadəçilərə müraciət edərək diqqətli olmağı, tanımadıqları şəxslər tərəfindən gön­dərilən heç bir linkə daxil olmamağı və ya çübhəli faylları yükləməməyi tövsiyə ediblər. Həmçinin Dövlət Təh­lükəsizliyi Xidmətinin Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycanın böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə terror-təxribat aktlarını həyata keçirmək niyyətləri barədə vətəndaşlara ünvanlandığı xəbədarlıqla bağlı da saytın izləyicilərini məlumatlandırıblar.

FRTEB-in elmi müəssisələrində çalışan alimlər “Vikipediya” açıq ensiklopediyasında işğaldan azad olunmuş Azərbaycan torpaqlarının tarixi-coğrafi adlarının bərpa oluunması, eləcə də dünya ictimaiyyətinə düzgün şəkildə tanıdılması istiqamətində də fəal iş aparırlar.

Bu yaxınlarda Ağ Evin rəsmi saytının “Biz xalqıq” (We the People) bölməsində Prezident Donald Tramp administrasiyasının diqqətini Ermənistan tərəfindən Azərbaycanın ərazi bütöv­lü­yü­nə edilən təcavüzə və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal olunması fak­tı­na cəlb etməyə yönəlmiş petisiya yerləşdirilib. Petisiyada, həmçinin Ermənistanın BMT Təh­lü­kəsizlik Şurasının bu dövlətin Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edil­miş qətnamələrinə əməl etmədiyi bildirilib. Bununla yanaşı, diqqətə çatdırılıb ki, Ermənistan Haa­qa konvensiyasının qaydalarını pozaraq Gəncədə, Tərtərdə, Xızıda və Bərdədə mülki əhalini ra­ket hücumuna məruz qoyur. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, eləcə də FRTEB-in digər elmi-tədqiqat müəssisələrinin  alim və mütəxəssisləri bu müraciətə qoşulub və pe­ti­siyanı imzalayaraq ABŞ-ın Ermənistana sanksiya tətbiq etməsini dəstəkləyiblər.

FRTEB-in elmi müəssisələrində çalışan alim və mütəxəssislər keçirilən onlayn təd­bir­lərdə, görüşlərdə, eləcə də kütləvi informasiya vasitələrində çıxış və müsahibələri zamanı tarixi zə­fərlərin əldə olunmasında dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və onun Azərbaycan dövlətinin haqlı mövqeyini böyük məharətlə ifadə etməsinin əvəzsiz rolundan bəhs edir, vətənimizin ərazi bütövlüyünün bərpa olunması naminə cənab Prezidentin apardığı ar­dı­cıl və məqsədyönlü siyasəti dəstəklədiklərini izhar edirlər.

Tanrı bu yolda Ali Baş Komandana, xalqımıza və onun hər bir əsgərinə yar olsun!

Qarabağ Azərbaycandır!

© Mənbə: www.science.az