Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının onlayn iclası keçirilib. Öncə institutun direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və ölkəmizin zəfər qazanması münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Professor Misir Mərdanov böyük fəxarət hissiylə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çaqırışı oldu. 44 gün davam edən müharibədə çəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.

Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın  işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Heç şübhə etmirik ki, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir.

Əldə olunan bu tarixi uğurlar bütün Azərbaycan cəmiyyətində olduğu kimi AMEA-nın, onun institutlarının və müvafiq strukturlarının qarşısına yeni vəzifələr qoyur. İşğaldan azad olunmuş ərazilərdə xalqımızın tarixi, mədəni-mənəvi irsinin qorunması və yenidən dirçəldilməsi, Azərbaycan elminə böyük şəxsiyyətlər qazandırmış bu diyarda elmi infrastrukturunun bərpası, yeni elmi-tədqiqat mərkəzlərinin yaradılması qarşımızda duran taleyüklü vəzifələrdəndir. Ümidvaram ki, institutumuzun əməkdaşları da bu tarixi missiyaya layiqli töhfələrini verəcək, öz fəaliyyətlərini yeni dövrün çağırışları kontekstində keyfiyyətcə yeni mərhələyə daşıyacaqlar.

Əlavə olaraq professor Misir Mərdanov, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin imzaladığı və 9 bənddən ibarət olan bəyanat haqqında bir daha məlumat verərək, Ali Baş Komandanın vurğuladığı kimi təcavüzkar Ermənistan Respublikasının məğlubiyyətini qəbul etdiyini, işğal olunmuş ərazilərin qeyri şərtsiz azad olunnacağını tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Bir daha böyük tarixi qələdə münasibətilə başda Ali Baş Komandanımız  cənab İlham Əliyev olmaqla bütün xalqımızı, o cümlədən, sizlərin – dəyərli elm xadimlərimizin timsalında elmi ictimaiyyətimizi ürəkdən təbrik edir, bundan sonrakı fəaliyyətinizdə böyük uğurlar arzulayıram!

Daha sonra AMEA Riyaziyyat və Mexanika  İnstitutunun şöbələrinin (“Qeyri-harmonik analiz” şöbəsi və “Siqnalların emalının riyazi problemləri” laboratoriyası, “Optimal idarəetmə” şöbəsi, “Maye və qaz mexanikası” şöbəsi, “Hesablama riyaziyyatı və informatika” şöbəsi) cari ilin 10 ayı ərzində elmi və elmi-təşkilatı fəaliyyəti haqqında hesabatları dinlənildi.

Tədbirdə, həmçinin bir sıra cari məsələlərə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər