Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi Şuranın növbəti iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İnstitutun 4 şöbəsinin 2020-ci il üzrə elmi və elmi-təşkilatı fəaliyyəti ilə bağlı hesabatı dinlənilib.İclasda “Diferensial tənliklər”, “Riyazi fizika tənlikləri”, “Riyazi analiz” və “Tətbiqi riyaziyyat” şöbələrinin illik hesabatları dinlənilib.

Öncə professor Əkbər Əliyevin rəhbərlik etdiyi “Diferensial tənliklər” şöbəsinin hesabatı dinlənilib. “Riyazi fizika tənlikləri” şöbəsinin hesabatını isə dosent Əbdürrəhim Quliyev təqdim edib. “Riyazi analiz” şöbəsinin elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev məruzə edib. “Tətbiqi riyaziyyat” şöbəsinin hesabatını professor Qabil Əliyev təqdim edib.

Tədbirdə, həmçinin bir sıra cari məsələlərə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər