04/12/2020
Çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən AMEA Rəyasət Heyətinin həftəlik nəşri “Elm” qəzetinin bu il 24-cü nömrəsi işıq üzü görüb.
Qəzetin ilk səhifəsində ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncamları yer alıb.
Mətbu orqanın növbəti səhifəsində Livanlı məzunlar birliyinin katibinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə ünvanladığı təbrik məktubu, YUNESKO-nun torpaqşünas alimin tədqiqatları ilə bağlı AMEA prezidentinə müraciəti, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Türkiyənin “Yeni şafak” qəzetinə müsahibəsi, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın Ermənistanın ekoloji terroru ilə bağlı beynəlxalq təşkilatlara göndərdiyi bəyanat, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin süni intellekt texnologiyaları ilə bağlı çıxışı yer alıb.
Bundan əlavə, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, professor Nəcəf Müseyibli və Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyevlə müsahibələr, “Ermənistan tərəfindən işğal edilmiş ərazilərin biomüxtəlifliyi: ekoloji terrorun nəticələri”, “İşğaldan azad edilmiş ərazilərdə aqrobiomüxtəlifliyin bərpası və inkişaf etdirilməsi” sərlövhəli məqalələr, alimlərimizin əldə etdikləri nailiyyətlər, yeni nəşrlər və elmi yeniliklər də oxuculara təqdim olunur.
12 səhifəlik qəzetdə, o cümlədən rus dilində “Приоритет международного значения”, “Отличить Солнце от Луны”, “Правдивая история – в епиграфике”, ““Култура” боевых топоров”, “Кровеносные сосуды природы” sərlövhəli məqalələr və digər maraqlı materiallarla tanış ola bilərsiniz.
© Mənbə: www.science.az