Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Yaponiyanın şirkəti koronovirusu öldürən ultrabənövşəyi lampanın istehsalına başlayıb


Yaponiyanın işıq avadanlığı istehsalı sahəsində tanınmış “Ushio Inc.” şirkəti bu yaxınlarda dünyada ilk dəfə insan sağlamlığı üçün təhlükə yaratmadan koronovirusu öldürən ultrabənövşəyi lampanın istehsalına başlayıb. Vdobrushe.byKyodo agentliyinə istinadla xəbər verir ki, şirkətin Kolumbiya Universiteti ilə birlikdə hazırladığı “Care 222” ultrabənövşəyi lampası həyat üçün təhlükəli virusun insanların daim girib-çıxdığı yaşayış sahələrinin, o cümlədən ictimai nəqliyyat vasitələrinin, lift və ofislərin dezinfeksiyası üçün nəzərdə tutulub.

Bildirilir ki, ultrabənövşəyi şüalar adətən səhiyyə və qida sənayesi obyektlərinin sterilizasiyası üçün istifadə olunur. Lakin, ultrabənövşəyi lampalar dəri xərçənginə və gözlərdə problemin yaranmasına səbəb olduğuna görə bu lampalardan insanların olduğu məkanlarda istifadə edilmir. “Ushio” şirkətinin təklif etdiyi yeni lampalarda 222 nanometr uzunluğunda ultrabənövşəyi şüalardan istifadə edildiyinə görə, bu lampalar mikrobları məhv etdiyi halda, insan sağalmlığı üçün təhlükə yaratmır.  Bu yaxınlarda üçüncü tərəf olaraq Hiroşima Universitetində aparılan sınaqlar 222 nanometr uzunluğunda ultrabənövşəyi dalğaların koronovirusu məhv etdiyini və onun insanların sağlamlığı üçün təhlükə yaratmadığını təsdiq edib.  Hazırda şirkət tərəfindən yalnız səhiyyə müəssisləri üçün həmin avadanlığın sifarişi qəbul edilir.

Faydalı linklər