Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda dezinfeksiya işləri aparılıb


AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti dəfə sanitar-dezinfeksiya işləri həyata keçirilib.

Əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə binanın otaqları, konfrans zalı və dəhlizləri dezinfeksiya olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq məhdud sayda əməkdaşlar işə cəlb edilib. Həmçinin işçilər müəssisəyə tibbi maska ilə buraxılır, bədən hərarətləri ölçülür, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər