14/01/2021
Alimlər ötən il heç də yalnız koronavirusla mübarizə ilə məşğul olmayıblar. Əslində elmin digər sahələrində də bir sıra mühüm nailiyyətlər əldə olunmuşdur. Belə ki, Science və Nature jurnalları 2020-ci ilin bir çox elmi ixtiralarını ilk olaraq açıqlamışdır. Onlardan bir neçəsini sizlərə təqdim edirik İlk sıralarda heç şübhəsiz SARS-CoV-2 əleyhinə peyvəndin hazırlanması oldu. Dünyanı təsiri altına alan koronavirus epidemiyası ilə mübarizədə bütün ölkələrin
elmi ictimaiyyət heç vaxt bu qədər sürətlə səfərbər olmamış və birlikdə işləməmişdi. Nəhayət əldə olunan peyvəndlər xəstəliyin ötürülməsini tam dayandıra bilməsədə, bəzilərinin təsiri artıq xəstəliklə mübarizədə ciddi dönüş nöqtəsi ola bilər.
Digər bir irəliləyiş qan xəstəliklərinin yeni müalicə üsulları ilə bağlı idi. Bundan əlavə, alimlər GİÇS infeksiyasına qarşı effektiv müqavimət göstərməyin mümkün olduğunu müəyyənləşdirdilər.
Yeni antibiotikın ixtirası
Məşhur “Chemical Science” elmi jurnalının titul səhifəsində “Biocev” Təhqiqat Mərkəzinin mütəxəssisi, doktor İrji Yanatanın rəhbərliyi ilə avropalı mikrobioloqların yeni kəşfi barədə məlumat dərc edilib. Alimlər malyariyadan, yaxud stafilokok və ya streptokokların səbəb olduğu infeksiyalardan əziyyət çəkən pasiyentlərə kömək edə biləcək “Celin” adlı yeni antibiotik yaratmağa nail olublar.
Şəffaf qoruyucu nano maskalar
Minlərlə insanın həyatına son qoyan koronavirusla mübarizədə profilaktik tədbir olaraq dünya alimləri tərəfindən yeni “Leaf” adlı qoruyucu nano maska ixtira olunub. Bu səffaf maska demək olar ki, silikondan hazırlanıb və havanı kiçik toz hissəciklərindən belə təmizləyən ultramodern bir hepa filtrlə təchiz olunub. Bu filtr koronavirusla mübarizədə ən təsirli vasitə kimi tanınır. “Leaf” maskasının yeganə mənfi tərəfi odur ki, onun biri 50 dollardır. Alimlərin düşüncələrinə görə, “Leaf” nano maskaları fərqliliyi seçildiyi üçün yeni bir tendensiyaya çevrilə bilər.
Spot robotu
Sinqapurun məşhur “Boston Dynamics” şirkəti cihazları ilə texnologiya dünyasında möhtəşəm çevriliş edib. Həmin şirkət öz ənənəsinə sadiq qalaraq bu il də pandemiya ilə əlaqədər yeni tip proqramlaşdırılmış “Spot robot”larını yaradıb. Bu robotlar adətən ictimai yerlərdə məsafə qaydalarının riayət olunmasına diqqət edir. Parklarda gəzən robotlar, bir operatorun səsi ilə istirahət edən insanlara- ” Gəlin Sinqapurun sağlamlığını qoruyaq, öz təhlükəsizliyinizi və ətrafınızdakıları düşünərək sizdən xahiş olunur ki,ən azı bir metr məsafəni gözləyərək,bir-birinizdən aralı durun. Diqqətinizə görə minnətdaram” sözlərini deyir.
“5G” şəbəkələri üçün yeni texnologiya yaradılıb
OPPO” şirkəti “Ericsson” və “MediaTek” ilə birgə 5-ci nəsil şəbəkələrində səsli və videozənglərin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş yeni “VoNR” (Voice/Video on New Radio) texnologiyasının yaradıldığını açıqlayıb. Bu yeni texnologiya səs və görüntünün keyfiyyətini yüksəltməklə yanaşı, həmçinin sürətdə gecikməni azaldır.”OPPO” şirkətinin vitse-prezidenti Endu Vunun sözlərinə görə, “VoNR” texnologiyasının hazırlanması 5-ci nəsil şəbəkələrinin inkişafı istiqamətində mühüm addım olub. Onların məqsədi istifadəçilər üçün rahat və əlçatan qurğular yaratmaqdır.
Starship SN5 raketi
4-5 avqust 2020-ci il tarixində Elon Musk Starship SN5 prototip raketini uğurla sinaqdan keçirdi. Falcon-9 raketindən fərqli olaraq bu ancaq 150 metr yüksəkliyə qalxdı. Lakin bu, aparılan test üçün kiyafət idi. Elon Musk bu hadisəni “Twitter” hesabında şərh edərək, bu sözləri dedi: ” Artıq Mars daha real görünür və tezliklə insanların qonşu planetlərə uçuşları elmi fantastika kateqoriyasından çıxacaq.”
Həkim robotlar
Səudiyyə Ərəbistanının Ciddə şəhərində” Kral Abdulla” Tibb Mərkəzində COVID-19 virusuna yoluxmuş xəstələrin müalicəsində həkim-robotdan istifadə olunur. Texnologiyanın ən son nailiyyəti hesab edilən bu robot test aparır və koronavirus xəstələri ilə təmasda olmuş insanlara diaqnoz qoyur. Tibb mərkəzinin rəhbəri Xalid Əl-Cumali bildirib ki, həkim-robot stetoskop, otoskop aparatları, göz kamerası və həssas linzaların köməyi ilə dərini analiz edən xüsusi kamera ilə təchiz edilib. Robot, həmçinin həkim və tibb bacılarının istifadə etdikləri ləvazimat daşıyır, pasiyentlərə məsləhətlər verir, radioqrafiya görüntüləri çıxarır və onları xəstələrin smartfon əlavəsinə göndərir. Əl-Cumali əlavə edib ki, bu yüksək texnologiya sayəsində xəstələrə göstərilən xidmətin keyfiyyəti və sürəti də artıb. Belə ki, robot karantin palatalarına daxil olur və oranı tərk etdikdə dezinfeksiya işləri də aparır.