Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü: 162 yeni yoluxma


Azərbaycan Respublikasında koronavirus infeksiyasından 705 nəfər müalicə olunaraq sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 228 min 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 219 min 724 nəfər müalicə olunaraq sağalıb, 3072 nəfər vəfat edib. Aktiv xəstə sayı 5892 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 354 min 473 test aparılıb. Bugünkü test sayı isə 6522-dir.

© Mənbə: www.oxu.az