Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


2021-2022-ci illər üzrə İslam İnkişaf Bankının Təqaüd Proqramı haqqında

Bildiririk ki, İslam İnkişaf Bankı (İİB) 2021-2022-ci illər üzrə Təqaüd Proqramına dair məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etmişdir.

Proqram çərçivəsində yerli tələbələr Azərbaycanda ən qabaqcıl universitetlərin birində bakalavr, magistr və doktorantura təhsilinin alınması, doktorantura təhsilindən sonra tədqiqat işinin aparılması, eyni zamanda peşə təhsilinin alınması və təlimlərin keçirilməsi üçün Banka birbaşa müraciət edə bilər. Tələbələrin yerli universitetlərə qəbulu ilə bağlı hər hansı bir məhdudiyyət olduğu təqdirdə, tələbələr təqaüd proqramı ilə təhsil alması üçün Bankla əməkdaşlıq edən üzv ölkələrin müvafiq universitetlərinə müraciət edə bilər.

Sözügedən Proqram haqqında ətraflı məlumatı İİB-in rəsmi saytından (http://www.isdb.org/scholarships) əldə etmək olar. Maraqlı şəxslər 28 fevral 2021-ci il tarixinədək İİB-in rəsmi saytında qeydiyyatdan keçməklə öz ərizə formalarını dolduracak elektron qaydada təqdim etməlidir.

Təqaüd Proqramı haqqında məlumatın aidiyyəti üzrə çatdırılmasını xahiş edirik.

Elanın linki

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər