Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“AMEA-nın Xəbərləri”, “İMM Əsərləri” jurnalları redaksiyasının müdiri Esmira Əliyevanın 65 yaşı və elmi katib, f-r.e.n, dos.Tamilla Həsənovanın ad günü münasibəti ilə təbrik edirik


Əliyeva Esmira Tələt qızı 15 fevral 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə rayonunda anadan olmuşdur. 1972-ci ildə Bakı şəhərində 240 saylı orta məktəbi bitirmişdir.

1972-1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutun ingilis dili fakültəsində təhsil almışdır.

1977-ci ildən bugünə kimi Riyaziyyat və Mexanika İnstitutunda fasiləsiz olaraq çalışır.

Hörmətli Esmira xanım! Siz yüksək insani keyfiyyətlərinizlə, dərin daxili mədəniyyətinizlə ünsiyyətdə olan hər bir insanın Sizə qarşı olan böyük hörmətini və ehtiramını qazanmısınız. E. Əliyevaya xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər 40 ildən artıq çalışdığı kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.

İnstitutun kollektivi Esmira xanımı 65 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uğurlu həyat yolu, sevincli günlər arzulayır.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi katibi, f-r.e.n, dos.Tamilla Həsənovanın ad günü münasibeti ilə təbrik edirik.

Tamilla Xəvərən qızı Həsənova 14 fevral 1952-ci ildə Bakı şəhərində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsini bitirib. 1970-ci ildə Azərbaycan EA aspirantura və kadrlar şöbəsində –kargüzar işləyib. 1970-1972-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində metodist, 1972-ci ildən Azərbaycan EA (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda laborant, böyük laborant, aspirantura şöbəsinin müdiri, aparıcı elmi işçi, 1982-ci ildən isə elmi katib vəzifəsində işləyir.

1991-ci ildən fizika-riyaziyyat elmləri namizədi, 1992-ci ildən 01.01.01-Riyazi analiz ixtisası üzrə dosent elmi adını almışdır.

1990 –«Əmək veteranı» medalı , 2002-ci ildə AMEA-nın Rəyasət Heyətinin Fəxri Fərmanı və 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunub.

İnstitutun kollektivi Tamilla xanımı ad günü olması münasibəti ilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-təşkilati, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər