Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Avropa İttifaqı Azərbaycanda peyvəndləmənin dəstəklənməsi üçün vəsait ayırıb


Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi Azərbaycanda COVID-19-la bağlı peyvəndləməni dəstəkləmək üçün birlikdə çalışacaq. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST tərəfindən həyata keçirilən layihə, COVID-19-la bağlı peyvəndləmənin bütün mərhələlərini əhatə edəcək və eyni zamanda ölkənin immunizasiya sisteminin gücləndirilməsi üçün önəmli proqram rolunu oynayacaq.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən “Report”a verilən məlumata görə, layihə Aİ-nin maliyyələşdirdiyi və ÜST-nin Avropa regionundakı altı ölkədə COVID-19-la bağlı peyvəndləməyə hazırlıq, peyvəndləmənin həyata keçirilməsi və monitorinqini dəstəkləmək məqsədilə irəli sürülmüş 40 milyon avroluq təşəbbüs çərçivəsində ÜST tərəfindən əsas yerli tərəfdaşlar olan Səhiyyə Nazirliyi və TƏBİB-i dəstəkləmək üçün həyata keçiriləcək.

“Bu layihə Avropa İttifaqının tərəfdaş ölkələr, o cümlədən Azərbaycanda peyvəndləmənin sürətlə aparılmasına yardımçı olacaq. Biz hamımız peyvəndlərin qapanmalarla yadda qalan ötən ilin yeni ildə ümid və normal həyata qayıdışa çevrilməsinə yardımçı olmasını səbirsizliklə gözləyirik. Biz ötən il fərdi mühafizə vasitələri və tibbi ləvazımatın ölkəyə gətirildiyi və qısa zamanda birgə proqramlarımızı sosial-iqtisadi dirçəlişə dəstəyə yönləndirdiyimiz əməkdaşlığın davamı kimi “Team Europe” təşəbbüsü çərçivəsində, ÜST-lə birgə və tərəfdaşlarımızla həmrəyliklə çalışmaqdan qürur hissi keçiririk”, – Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib.

© Mənbə: www.oxu.az