18/02/2021
İşğaldan azad edilmiş Zəngilan rayonunun Üçüncü Ağalı kəndində “ağıllı kənd” layihəsinə start verilir.
Bu barədə Oxu.Az-ın bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir.
“Ağıllı kənd” layihəsi ilk olaraq Üçüncü Ağalı kəndində icra olunacaq. Layihə üzrə kənddə ilkin olaraq 200 evin tikilməsi nəzərdə tutulur. Kənddə layihənin icrası 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.