Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Savadsız ana onun doğum tarixini bilmirdi və o, 19 yaşında Avropanın ən yaxşı riyaziyyatçısı oldu. Karl Fridrix Qauss


Müasirləri onu “Riyaziyyatçıların şahı” adlandırmışdılar Yohann Karl Fridrix Gauss (1777 – 1855) bütün zamanların ən böyük riyaziyyatçılarından biri hesab olunur. Hələ uşaq ikən fitri istedadı özünü biruzə verir, kiçik yaşlarından o, oxumaq və saymağı bacarmaqla, atasına mühəndislik  işlərində də kömək edirdi.

Karl Qauss təhsilini Braunşveyq Kollecində almış, daha sonra Göttinqen Universitetində biliklərini daha da  dərinləşdirmişdir.  Beləliklə, 19 yaşlı  gənc artıq öz dövrünün  ən yaxşı  riyaziyyatçısı kimi fərqlənirdi.

Göttingen Universitetində oxuduğu müddətdə riyaziyyata aid ciddi tədqiqat işləri aparmış və universiteti qurtararkən “Ədədi tədqiqatlar” adlı əsərini yazmışdır. Bu əsərdə kvadratik çıxıq nəzəriyyəsi, kvadratik formaların qısa ifadəsi, n-dərəcəli tənliklər nəzəriyyəsi öz əksini tapmışdır. Qauss da başqa alimlər kimi paralel xətlərlə maraqlanmışdı. O, XVIII əsrin sonunda Evklid həndəsəsindən fərqli başqa həndəsələrin olmasının mümkünlüyü qənaətinə gəlmişdir. Qauss bu sahədə xeyli tədqiqat işləri apararaq varlığı mümkün olan həndəsəni qeyri-evklid həndəsəsi adlandırmışdı. Ədədlər nəzəriyyəsi, riyazı analiz, differensial həndəsə, geodeziya, elektrostatika, astronomiya və optika elmlərinə misilsiz töhfələr vermişdir.

Riyaziyyat və astronomiyanın müxtəlif sahələrinə dair əsərlərin müəllifi olan, pərgar və xətkeşin köməyilə düzgün 17 bucaqlını quran Qauss vəfatından sonra heykəlinin də 17 bucaqlı postament üzərində qoyulmasını vəsiyyət edib.

Karl Qauss həqiqətən riyazi qabiliyyətlərə malik idi. O, ömrünün sonuna qədər hesablamaların çox hissəsini, vərdiş etdiyi kimi, beynində aparırdı. Anası savadsızlığı səbəbindən oğlunun doğum tarixini yazmamış, yalnız  onun  Pasxadan 40 gün sonra keçirilən bayramdan, səkkiz gün öncə doğulduğunu xatırlayayır. Bunu bilən Qauss, doğum gününü özü hesablayaraq tapa bildişdi.

Riyaziyyatdan əlavə, Qaussun dil bilgisi çox güclü idi belə ki, o bir neçə dili mükəmməl bilməsinə baxmayaraq, Lobaçevskinin əsərlərini daha dərindən tədqiq etmək   üçün 62 yaşında rus dilini də öyrənir.

Qaussun əsərlərindən hər gün istifadə edirik – bunları saymaqla bitməz. Məsələn: saniyəni zaman vahidi, qramı kütlə vahidi və santimetri uzunluq vahidi kimi qəbul etməyimiz məhz  Qaussun sayəsindədir. Üstəlik, Qauss teleqrafı ilk kəşf edənlərdəndir.

Alim, Almaniya və riyaziyyat tarixində ən parlaq şəxsiyyətlərdəndir, Qaussun xatirəsi yalnız  abidələrdə əbədiləşdirilməyib. Onun  təsviri 10 alman markalı banknot üzərində əks olunub. Aydakı kraterlərdən biri də alimin adını daşıyır.  Yohann Karl Fridrix Qauss 23 fevral 1855-ci ildə 78 yaşında  vəfat edib.

© Mənbə: www.zen.yandex.ru