Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

14 mart tarixə π Günü kimi düşüb


Tarixi təqvimdə yer alan günlər adətən hansısa əlamətlər hadisə ilə bağlı olur. Elmdə də, daha doğrusu ayrı-ayrı elmi istiqamətlərdə məlum olan ixtira və  kəşflərində yaranma tarixi var. Bunlardan biridə martın 14 dünyada qeyd olunan Pi günüdür. Təqvimə görə 3- cü ayın  14 –cü günü  olması bu tarixin pi sayının yazılışında 3 və 14 rəqəmlərindən istifadəsi ilə üst-üstə düşür. Pi günü ilk dəfə təntənəli şəkildə 1988-ci ildə məhşur fizik  Larry Shaw tərəfindən  ABŞ-ın San- Fransisko şəhərində qeyd edilmişdir və 12 mart 2009-cu ildə ABŞ Təmsilçilər Məclisi tərəfindən 14 Mart beynəlxalq Pi günü elan edilib.

Pi ədədi çevrənin uzunluğunun onun diametri ilə  nisbətinə   bərabər olan riyazi sabitdir. Adı yunan dilində çevrə sözünün ilk  hərifi  Pi simvolundan alınıb. Pi həmdə, Arximed sabiti və Ludolf ədədi olaraq da bilinir. Riyaziyyətda 3 və 3,4 olaraq qəbul edilməsinə baxmayaraq, həqiqi cavabını əldə etmək üçün hələ də araşdırmalara ehtiyac olunduğu qeyd olunur. Şübhəsiz ki, bir riyazi sabitlə əlaqəli fərziyə irəli sürülməsi  bir qədər məntiqli səslənməsədə əslində Pi ədədi ilə bəşər tarixi  arasında əlaqə müzakirə mövzusu olaraq qalır.

Tədqiqatlar zamanı Misir ehramlarından, Şimalı Amerikadakı bir sıra tikililərə qədər və dünyanın bir çox bölgələrində yer alan min illərlə yaşı olan tikililərin necə inşa edilməsi haqqında araşdırmalarda Pi ədədinə rast gəlinib. İsaak Nyuton, Leonard Euler, Fabiyas Bellar və Fransisko Vyeta kimi  elm tarixinin tanınmış  nümayəndələri  Pi sayını istifadə edərək fərqli düsturlar meydana gətiriblər. Pi sayının sonsuza qədər dövürlü bir şəkildə davam etməsi riyaziyyatçıların bu ədədə olan  marağına artmasına səbəb olub. Günümüzə qədər bir çox riyaziyyatçı Pi sayının tam dəyərini ya da təkrar periodunu tapmaq üçün saysız araşdırma  edib.  Alimlər Pi sayının minlərlə il əvvəl məlum olduğuna, riyaziyyatda və memarlıqdan bu saydan istifadə edildiyinə əmindirlər. Buna baxmayaraq sözü gedən fərziyələr hələlik isbatını tapmaq baxımından tədqiqatçıların maraq dairəsidir.

Pi ədədi kifayət qədər uzun yazıldığına görə, burda bütün rəqəm sayına rast gəlmək mümkündür (3.14159265358979323846264338327950288419716939937510). Yəni ad gününüzü, telefon nömrələrinizi ya da təsadüfü yazacağınız hər hansı say Pi ədədində yer alır. Ən maraqlısı isə hərflərlə ədədləri bir birinə çevirən bir kod çıxarıldığında nəzəri olaraq hər hansı bir şəxsin, təşkilatın və ya ədədi nümunənin adını burda tapa bilərik. Dünyada riyaziyyat olimpiadaların keçirilməsi uzun illərdir ki, ənənə halına çevrilib. Bununla yanaşı, Pi sayının vergüldən sonrakı hissəsindəki rəqəmləri ən çox əzbərləyən şəxsi seçmək məqsədi ilə yarışlar təşkil olunur. 2006-cı ildə keçirilən Pi günündə, Çindən olan Lyu Çao Pi sayının vergüldən sonra hissəsində olan 67890 rəqəmi əzbərdən oxumuş və dünya tarixində olduqca vacib bir rekorda imza atmışdır. Bu səbəbdən ona cənab beyin ləqəbidə verilib. Beynəlxalq Pi Gününün dövrümüzün ən görkəmli fiziklərindən birinin- Albert Eynşteynin ad gününə təsadüf etməsi diqqət çəkir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.