Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Doktoranturaya qəbul qaydalarında MÜHÜM DƏYİŞİKLİK


“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, xarici dil üzrə qəbul imtahanından azad olunmaq üçün lazım olan beynəlxalq dil sertifikatları sırasına STANAG da əlavə edilib.

Buna qədər IELTS, TOEFL, TestDaF, DELF, DALF beynəlxalq dil sertifikatları olan şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunurdular.

STANAG  NATO-da dil səviyyəsinin qiymətləndirilməsi üzrə ən aparıcı mexanizm hesab olunur. NATO-nun bütün tərəfdaşlıq proqramlarına qoşulmuş ölkələr Alyans çərçivəsində keçirilən tədbirlərə cəlb olunan, eləcə də vəzifələrə təyin edilən zaman onlardan STANAG sertifikatı tələb olunur. Bu baxımdan, Silahlı Qüvvələrin şəxsi heyətinin dil bacarıqlarının STANAG əsasında mütəmadi qiymətləndirilməsi aparılır.

© Mənbə: www.oxu.az

Faydalı linklər