Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz”, “Diferensial tənliklər” və “Qeyri-harmonik analiz” şöbələrinin birgə iclasında 17 mart 2021-ci il tarixində saat 1200-da dosent Rakib Feyruz oğlu Əfəndiyevin “Öz-özünə qoşma olmayan Hill operatoru üçün düz və tərs məsələlər” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

İclası “Diferensial tənliklər” şöbəsinin müdiri professor Əkbər Əliyev açaraq sözu dosent Rakib Əfəndiyevə vermişdir. Dos.Əfəndiyev dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat verdikdən sonra  “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı r.e.d  Telman Qasımov, “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanov, “Diferensial tənliklər” şəbəsinin əməkdaşı professor Məmməd Bayramoğlu iş haqqında verdikləri  öz müsbət rəylərini bildirdilər.

Cıxış üçün söz alan AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, professor Hidayət Hüseynov, professor Aqil Xanməmmədov, professr İbrahim Nəbiyev, professor Həmzağa Orucov iş haqqında öz müsbət fikirlərini bildirdilər iddiaçıya uğurlar arzulamışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər