Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İnsan dərisindən enerji yığan bilərzik hazırlanıb


Alimlər batareyaları doldurmaq üçün insan bədənindən enerji yığan bilərzik hazırlayıblar. “Haber Global”ın məlumatına görə, bu barədə “Science Advances” elmi jurnalında məqalə dərc olunub.

ABŞ-ın Kolorado Boulder Universitetində hazırlanan cihaz bədən istiliyini elektrikə çevirən termoçiplə təchiz olunub. Onun sayəsində insanlar mobil telefonlarını və ya “ağıllı” qol saatlarını istənilən zaman enerji ilə doldura bilərlər.

Bilərziyin dərinin hər kvadrat santimetrindən bir volt enerji hasil etdiyi bildirilir.

© Mənbə: www.recyclemag.ru

Faydalı linklər