Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Make Our Planet Great Again (MOPGA) üzrə dördüncü çağırış Gənc Tədqiqatçılar üçün Təqaüd Proqramı


Tədqiqat layihəsinin təsviri (ingilis və ya fransız dillərində):

  • Layihənin adı
  • Açar sözlər (6)
  • Tədqiqat layihəsinin tezisi (maks. 2000 simvol)
  • Kontekst və motivasiya (maks. 2000 simvol)
  • Elmi məqsədlər (maks. 2000 simvol)
  • Metodologiya və plan (maks. 4500 simvol)
  • Layihənin “One health” elmi sahəsi ilə uyğunluğu (maks. 2000 simvol)
  • Tədqiqat layihəsi təklifi ilə əlaqəli namizədin yaşadığı ölkə üçün əməkdaşlıq və / və ya nəticələr (maks. 2000 simvol).

Bu təqaüd aşağıdakıları əhatə edir:

  • 2500 Avro aylıq müavinət
  • 500 avro nəqliyyat pulu
  • Sosial təminat
  • Tibbi sığorta

Tədqiqat mövzuları

One health – multidissiplinar tədqiqatlar (heyvan sağlamlığı, insan sağlamlığı, ətraf mühit sağlamlığı, həmçinin humanitar və sosial elmlər). Beləliklə, vahid sağlamlıq konsepsiyasının tam həyata keçirilməsi müxtəlif elmlərin – insan və baytarlıq, aqronomiya, ekologiya, sosiologiya, coğrafiya və s. qarşılıqlı fəaliyyəti üzərində işi nəzərdə tutur.

Uyğunluq

5 ildən çox olmayaraq, yəni 2016-cı ilin may ayından 2021-ci il aprel ayına qədər PhD dərəcəsi almış xarici tədqiqatçılar bu çağırışa müraciət edə bilər. 1 sentyabr 2020-ci il tarixindən sonra (90 gündən çox) Fransada yaşamamalı və olmamalıdırlar. Təqaüd 2022-ci ilin yanvar ayından etibarən 12 ay müddətində veriləcək.

Tələb edilən sənədlər:

  • İngilis dilində CV, nəşrlərin siyahısı daxil olmaqla (maks. 4 səhifə)
  • PhD diplomunun surəti
  • Təqaüd almaq üçün Fransa tərəfindən qəbul edən elmi rəhbərin CV-si (maks. 2 səhifə)
  • Fransa tərəfindən qəbul edən təşkilatdan dəstək məktubu
  • Tövsiyə məktubları (maks. 3)
  • Xarici pasport və ya şəxsiyyət vəsiqəsinin surəti

Müraciət üçün son tarix: 10 may 2021-ci il.

 

Ətraflı məlumat və müraciət üçün:

https://campusfrance.smapply.io/prog/MOPGA4/

Təqdim edilmiş sənədlərin AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə (Ruslan Qasımov – [email protected]; 4926651) göndərilməsini xahiş edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər