Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Tarixdə ilk: insan beyni kompyuterə kabelsiz qoşuldu


İnsan beyni ilk dəfə BreynQeyt texnologiyas ilə fikirləri kompyuterə kabelsiz ötürüb. Tədqiqat ABŞ-in Brovn Universitetində aparılıb. Braun Universitetinin mühəndislik elmləri üzrə dosenti və BrainGate Research şirkətinin üzvü Con Simeral bildirib ki, kabelsiz sistemlərin ən yaxşı kabelli sistemlər kimi işləyə biləcəyini sübüt etdik: Tədqiqat iki şəxs üzərində aparılıb. Hər iki çəxs iflic olub və fikirlərini çatdırmaları üçün kompyuter köməyinə ehtiyac duyublar. İnterfeysin sayəsində əlilliyi olan insanlar kompüterdə mətn yaza bilərlər və ya robotlaşdırılmış protezləri idarə edə bilərlər. Cihaz xəstənin beyninin kökünə implantasiya edilmiş bir çip ilə işləyir.

Aparılan işlər zamanı siqnallar demək olar ki, hər iki sistemdə olduğu kimi (kabelli və kabelsiz) eyni dəqiqlikdə kompyuterə köçürülüb. İnsanlar artıq kabelli sistemlərə məcbur deyillər.

© profile.ru/news/

Faydalı linklər