13/04/2021
Bu günə qədər 154 ölkədə 781 milyondan çox insan COVID-19-a qarşı peyvəndi edilib.
“Bloomberg” xəbər verir ki, bu, dünya əhalisinin yalnız 5,1 %-nin tam peyvənd olunduğunu göstərir.
Statistik məlumatların mövcud olduğu ölkələrdə orta peyvəndləmə nisbətinin hazırda gündə 17,9 milyon dozaya bərabər olduğu təxmin edilir.
Xəbərdə həmçinin hazırlanmış peyvəndlərin qeyri-bərabər paylanmasına da diqqət çəkilib:
“Ən yüksək gəlirli ölkələrdə peyvəndləmə ən aşağı gəlirli ölkələrə nisbətən 25 qat daha sürətli tamamlanır”.
www.oxu.az