Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyatçılar İkinci Dünya müharibəsi zamanı


Riyaziyyat bütün elmlərin açarıdır, fizika, kimya, coğrafiyada öz  tətbiqini tapır, o cümlədən silahlı münaqişələrdə. Müharibələrin gedişini əsasən iştirakçı ölkələrin ordusunun, texnologiyalarının, vəsaitinin, təbii və insan resurslarının həcmi müəyyənləşdirirdi.

Amma bəzən  əsas amil tamamilə fərqlidir — intelekt. İkinci Dünya müharibəsi dövründə riyaziyyatçılar yalnız silahların inkişafında iştirak etmirdilər, həm də çox fərqli  və xüsusi vəzifələri həll etməyə fəal kömək edirdilər.

20-ci əsrin ilk iki onilliyi ərzində Almaniya riyaziyyat sahəsində beynəlxalq elmi tədqiqatların mərkəzi olmuşdur. Bu, əsasən, Henri Puankarenin ölümündən sonra ən böyük riyaziyyatçı olan David Gilbertin xidmətidir. Müxtəlif sahələrdə (ınvariantların nəzəriyyəsi, ümumi cəbr, riyaziyyi fizika, inteqral tənliklər, riyaziyyat əsasları) iştirak etməklə yanaşı, Gilbert 20-ci əsrdə riyaziyyatın inkişaf istiqamətini müəyyənləşdirən 23 riyazi problem siyahısının formalaşdırılması ilə tanınır. Gilbert ilə yanaşı, Feliks Kleyn, Herman Minkovski, Dirixle, Rixard Dedekind kimi məşhur  riyaziyyatçılar, Göttinqen Universitetində  Gauss və Riman tərəfindən qoyulmuş riyaziyyat məktəbinin ənənələrini davam etdirərək, Almaniyanı riyaziyyatın  gibləsinə çevirmişdilər.

Həmçinin, bir çox alimlər həm yer üzündə, həm də havada mərmilərin ən optimal paylanması üzərində işləmişdilər.

Müharibədən sonra bəzi kəşflər mülki istifadəyə keçdi. Xüsusilə, Turingin, Fon  Braunun və bir çox digər alimlərin işləri  reaktiv təyyarələr, atom energetikası və kompüter  texnologiyalarının inkişafı  prosesində öz tətbiqini tapıblar.

habr.com.ru

Faydalı linklər