Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitunun “Funksional analiz”, “Qeyri-harmonik analiz” və “Riyazi analiz” şöbələrinin birgə iclasında 19 may 2021-ci il tarixində saat 14.00-da f.-r. e.n., dosent Sabir Qəhrəman oğlu Həsənovun “Kəsr-maksimal, kəsr-inteqral operatorların və onların kommutatorlarının Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu meyarları” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
İclası “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanov açaraq sözü dosnt Sabir Həsənova vermişdir. Dosent Həsənov dissertasiyanın əhatə etdiyi mövzular haqqında məlumat verdikdən sonra “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü professor Bilal Bilalov, “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanov, “Riyazi analiz” şöbəsinin əməkdaşı r.e.d. Mübariz Hacıbəyov iş haqqında öz verdikləri müsbət rəylərini bildirmişlər.
Çıxış üçün söz alan AMEA-nın müxbir üzvü professor V.Quliyev, r.e.d. R.Bəndəliyev iş haqqında müsbət fikirlərini bildirmişlər və iddiaçıya uğurlar arzulamışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər