27/05/2021
Amerika Birləşmiş Ştatlarının alimləri ilk dəfə olaraq düşüncənin insan beyni vasitəsilə necə hərəkət etdiyini izləməyə müvəffəq olublar. Bu məqsədlə mütəxəssislər epilepsiya xəstəliyindən əziyyət çəkən xəstələrin cəlb edilməsi ilə araşdırmalar aparıblar. Bunun nəticəsində insanlarda fikirlərin hərəkətini izləmək imkanı yaranıb. Alimlər tədqiqat iştirakçıları qarşısında elektrodların fərdi mövqeyinə uyğun olaraq bir sıra tələblər qoyublar.
Elektrokortikoqrafiya sayəsində mütəxəssislər elektrik aktivliyini qeydə alaraq beynin qabığının bəzi sahələrindən təxminən yüz mikroelektrod yerləşdiriblər. Bu təcrubə əməliyyətdan sonra 16 xəstə üzərində aparılıb. Tədqiqatçılar fikirləri necə meydana gəlməyini və hara ötürüldüyünü izləməyə nail olublar. Nəticədə aydın oldu ki, məhz prefrontal qabıq daha çox fikir proseslərini özündə cəmləşdirir.
news-r.ru