Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


09.06.2021-ci il tarixində Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial operatorun məxsusi funksiyaları üzrə ayrılışların yığılması haqqında” mövzusunda məruzə edəcəkdir.

Məruzədə bir ucu bərkidilmiş, digər ucunda inersial yük olan və en kəsiklərində uzununa qüvvə təsir edən  bircins cubuğun əyilmə rəqslərini təsvir edən  sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial tənliklər üçün məxsusi qiymət  məsələsi təqdim olunur. Bu məsələnin məxsusi funksiyalarının və onların törəmələrinin osillyasiya xassələri, məxsusi ədədləri və məxsusi funksiyaları üçün dəqiqləşdirilmiş asimptotik düsturlar, məxsusi funksiyaları sisteminin altsistemlərinin bazislik xassələri və bu altsitemlər üzrə ayrılışların müntəzəm yığılması haqqında  məlumat veriləcəkdir.

İclasa qoşulmaq üçün

https://us02web.zoom.us/j/86464458921?pwd=ZHYzN3MwUHBCT3JoYjF3dEhrTlpNUT09

linkinə daxil olmaq lazımdır.

Meeting ID: 864 6445 8921
Passcode: 131370

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.