Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ümuminstitut seminarında riyaziyyat elmləri doktoru Rəşid Əliyev “Ridge funksiyaların cəmi ilə təsvirdə hamarlıq problemi” mövzusunda məruzə edib


16 iyun 2021-ci il tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda onlayn formatda keçirilən Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d., Rəşid Əvəzağa oğlu Əliyev “Ridge funksiyaların cəmi ilə təsvirdə hamarlıq problemi” mövzusunda məruzə etmişdir.

R.Əliyev məruzəsində ridge funksiyaları haqqında ətraflı məlumat vermiş, çoxdəyişənli funksiyaların ridge funksiyaları ilə approksimasiyalarının kompüter tomoqrafiyasına, riyazi statistiskaya, habelə maliyyə, tibb, maşınqayırma, geologiya, fizika, proqnozlaşdırma, təsnifat və idarəetmə məsələlərində geniş istifadə olunan neyron şəbəkələrə geniş tətbiqlərindən bəhs etmiş və ridge funksiyaların cəmi şəklində göstərilişin hamarlığı haqqında məşhur israil riyaziyyatçısı A.Pinkus tərəfindən qoyulan problemin həlli ilə bağlı r.e.d. V.İsmayılovla birgə aldıqları nəticələri şərh etmişdir. AMEA-nın müxbir üzvü,  prof. Q.Pənahov, f.-r.e.d., prof. Z.Əliyev, r.e.d. R.Bəndəliyev, f.-r.e.d. F.Məmmədov  tərəfindən verilən sualları ətrflı cavablandırmışdır. Sonra isə r.e.d. V.İsmayılov seminarda müzakirə edilən mövzu ilə əlaqədar maraqlı fikirlərlə çıxış etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.