Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantları dissertasiya işlərini uğurla müdafiə etmişlər


17 iyun  2021-ci il saat 11:00-da AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda II kurs magistrantların “Riyazi analiz“, “Riyazi fizika” və  “Optimallaşdırma və optimal idarəetmə” ixtisaslarından 7 magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın Zoom programı ilə onlayn rejimdə iclası keçirilmişdir.

İclasda  AMEA Rəyasət Heyəti Aparatının Təhsil şöbəsinin baş mütəxəssisi Səbinə Şıxqayıbova, İxtisaslaşdırılmış Şuranın sədri, üzvləri və  müdafiə edən  magistrantlar  iştirak etmişlər.

İxtisaslaşdırılmış Şuranın sədri professor Əkbər Əliyev iclası açaraq iştirakçıları salamlamış və sözu  novbə ilə mudafiə edən magistrlərə teqdim etmişdir.

Çıxış edən magistrantlar: C.Ə.Əsədzadə, X.S.Əliyeva, N.Y.Dadaşova, A.Ə. Əsədli, A.Ə.Əliyev, C.C.Qasımov,  D.F.Nağıyeva mövzuları haqqında ətraflı danışmış, verilmiş sualları dolgun cavablandırmışlar.

Dissetasiya işləri  Şuranın uzvləri tərəfindən uygün olaraq:

Cavad Əsədzadə -100 A,  Cəsarət Qasımov-100 A,  Xalidə Əliyeva-96 A, Nigar  Dadaşova-88 B,  Afaq Əsədli-88 B,  Azər Əliyev- 88 B,  Dünya Nağıyeva-88 B,     balla qiymətləndirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər