Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


16 iyun 2021-ci il saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. Səadət Bayram qızı Heydərovanın “Hilbert fəzasında operator əmsallı üç tərtibli diferensial tənliklər üçün sonlu parçada sərhəd məsələlərinin həll olunmasına, uyğun operator dəstələrin və bircins tənliyin bəzi spektral məsələlərinin tədqiqi”nə həsr olunmuş elmi mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üçün növbəti mərhələyə buraxılması  müzakirə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər