Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


23 iyun 2021-ci il saat 11.00-da Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, r.e.d., Vüqar Elman oğlu İsmayılovCəbrlər cəmi ilə yaxınlaşma məsələsində Dilberto-Straus alqoritmi mövzusunda məruzə ilə çıxış edəcəkdir.

Məruzədə kompakt Hausdorff fəzasında təyin olunmuş kəsilməz funksiyanın iki cəbr cəminin elementləri ilə yaxınlaşma məsələsinə baxılacaq və bu məsələdə yaxınlaşma xətasının hesablanması üçün Diliberto-Straus alqoritmi haqqında söhbət açılacaqdır. Müəyyən şərtlər daxilində Diliberto-Straus alqoritminin yaxınlaşma xətasına yığılan olduğu göstəriləcəkdir.

İclasa qoşulmaq üçün

https://us02web.zoom.us/j/7812189615?pwd=ZkYrRUFDOGlwV21yRml0Z0xmN3pNdz09

linkinə daxil olmaq lazımdır.

Meeting ID: 781 218 9615

Passcode: 123456

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.